İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkə rəhbərinə gözlənilməz hücum, üzünə şərab atdılar – VİDEO

Macarıstanda üzüm yığımı festivalı zamanı Peter Magyara gözlənilməz hücum olub.

Musavat.com xəbər verir ki, hadisə Seksard şəhərində keçirilən ənənəvi festival zamanı baş verib. Magyar restoranlardan birinin sahibləri ilə söhbət etdiyi vaxt yaşlı kişi qədəhdəki şərabı onun üzünə atıb. Şərab siyasətçinin üzünə və geyiminə tökülüb. Mühafizəçilər dərhal müdaxilə edərək həmin şəxsi saxlayıb və ərazidən uzaqlaşdırıblar. Peter Magyar hadisəyə ironik reaksiya verərək “dadlı şərabın boş yerə sərf olunduğunu” bildirib.

Daha sonra o, hücumun arxasında siyasi rəqibi Viktor Orbanın tərəfdarlarının dayandığını bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR