İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə GÜCLÜ ZƏLZƏLƏ: Sunami xəbərdarlığı edildi

Yaponiyanın Kumamoto prefekturasında 7,1 bal gücündə güclü zəlzələ baş verib.

Musavat.com xəbər verir ki, bu barədə iyulun 28-də Yaponiyanın NHK telekanalı məlumat yayıb.

Yeraltı təkanlardan sonra regionda sunami təhlükəsi elan olunub.

Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, zəlzələnin ocağı Kumamoto prefekturasının eyniadlı ərazisində, təxminən 10 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə hələlik dəqiq məlumat verilmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR