İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəmi 35 manata dəniz kənarında lüks villanın sahibi oldu - FOTOLAR

72 yaşlı şotland qadın Meri Dikson cəmi 15 funt sterlinqə (təxminən 35 manat) aldığı lotereya bileti ilə həyatının ən böyük sürprizini yaşayıb. O, Kornuollda dənizə sıfır məsafədə yerləşən və 4 milyon funt sterlinq (təxminən 9 milyon manat) dəyərində olan lüks malikanənin sahibi olub.

Musavat.com xəbər verir ki, Şotlandiyada yaşayan 72 yaşlı dövlət işçisi Meri Dikson Omaze platformasının təşkil etdiyi lotereyada cəmi 15 funt sterlinq ödəyərək iştirak edib. Püşkatmanın nəticəsində qadının Kornuollda dəniz mənzərəli nəhəng malikanə qazandığı məlum olub.

Lakin mükafatı görmək üçün evə aparılan zaman Merinin başına olduqca maraqlı hadisə gəlib.

1107356813.jpg (102 KB)

Meri avtomobildən düşəndə ilk olaraq tarlada dayanan atı görüb. Qadın qazandığı mükafatın həmin at olduğunu düşünüb. Təşkilatçılar ona mükafatını göstərdikdə Meri “Təşəkkür edirəm, amma bunu istəmirəm” deyərək atı qəbul etməkdən imtina edib. Bir müddət sonra isə anlaşılmazlıq aradan qaldırılıb. Məlum olub ki, qadının qazandığı mükafat at deyil, onun arxasında yerləşən nəhəng sahil malikanəsidir.

Gerçəyi öyrənən 72 yaşlı qadın böyük təəccüb yaşayıb.

Dörd yataq otağı olan malikanə Meri və 76 yaşlı həyat yoldaşı Cona tamamilə borcsuz şəkildə təqdim edilib. Evin sənədləşdirmə və vəkillik xərcləri də təşkilatçılar tərəfindən qarşılanıb. Cütlüyə bundan əlavə 250 min funt sterlinq nağd pul və 200 min funt sterlinq dəyərində mebel hədiyyə olunub. Lüks malikanədə qızdırılan açıq hovuz, qış bağı, şəxsi körfəzə birbaşa çıxış və açıq hava mətbəxi də var.

Həyatlarının ən böyük sürprizlərindən birini yaşayan Meri və Con yeni evlərində Milad bayramını bütün ailələri ilə birlikdə keçirməyi planlaşdırırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR