Onlayn ictimai-siyasi qəzet
Çin maqnit levitasiyası texnologiyası sahəsində yeni dünya rekordu müəyyənləşdirib.
Musavat.com xəbər verir ki, Hubey əyalətində yerləşən Donghu Laboratoriyasında keçirilən sınaq zamanı çəkisi 1,1 ton olan eksperimental nəqliyyat kompleksi cəmi 5,3 saniyə ərzində 0-dan 800 km/saat sürətə çatdırılıb.
Sınaqlar 1 kilometr uzunluğundakı xüsusi poliqonda aparılıb. Yüksək sürətə çatdıqdan sonra sistem təxminən 200 metr məsafə daxilində dayandırılıb.
Bu, sözügedən nəqliyyat vasitəsinin son altı ay ərzində qısa məsafədə sürətlənmə üzrə müəyyənləşdirdiyi üçüncü rekorddur.
Texnologiya hələlik eksperimental inkişaf mərhələsindədir. Lakin gələcəkdə onun yüksək sürətli nəqliyyat sistemlərində, aerokosmik sənayedə, raket texnologiyalarında və digər qabaqcıl sahələrdə tətbiqi nəzərdə tutulur.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ