Onlayn ictimai-siyasi qəzet
Cənubi Koreyadan yanacaq Rusiyanın Uzaq Şərqinə 14 səfərdə çatdırılıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Kpler-in məlumatına görə, alıcılar arasında “Rosneft” və NNK neft qrupu da var.
Yük daşınmasında yeddi tanker iştirak edib. Liman sənədlərinin və gəmi izləmə məlumatlarının təhlilinə görə, onlardan üçü Böyük Britaniya və Avropa İttifaqının sanksiyaları altındadır.
Bəzi tankerlər sənədlərində digər istiqamətləri də qeyd ediblər. Məsələn, “Layla” və “Astoria” gəmiləri Yaponiyaya getdiklərini elan edib, lakin sonradan Vladivostoka dönüblər.
“Rosneft” Böyük Britaniya, ABŞ, Aİ və Avstraliya tərəfindən sanksiyalara məruz qalır. NNK neft qrupu Böyük Britaniyanın sanksiya siyahısına daxil edilib.
Avqust ayında Rusiya dəniz yolu ilə 368.000 ton neft məhsulları idxal edib. Bu, iyul ayı ilə müqayisədə ən azı yeddi dəfə çoxdur. Cənubi Koreyanın payına 112 min ton və ya avqust ayı həcminin 31%-i düşüb.
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ