İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramov: Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq etmək niyyətindədir

Azərbaycan Yaponiyanın bütün vətəndaşları üçün vizasız rejim tətbiq etmək niyyətindədir.

Musavat.com Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sosial şəbəkələrdəki məlumatına istinadən xəbər verir ki, bu barədə nazir Ceyhun Bayramov Tokioda yaponiyalı həmkarı Toşimitsu Motegi ilə danışıqların yekunları üzrə bildirib.

"Nazir Ceyhun Bayramov Azərbaycanın ölkəmizə səfər edən bütün Yaponiya vətəndaşları üçün vizasız rejimi tətbiq etmək niyyətində olduğunu bildirib və bu təşəbbüsü səfərlərin asanlaşdırılmasına, işgüzar mübadilələrin gücləndirilməsinə, turizmin təşviqinə və iki ölkə arasında insanlararası əlaqələrin möhkəmləndirilməsinə doğru mühüm addım kimi səciyyələndirib", - məlumatda qeyd olunub.

XİN-in məlumatına görə, görüş Azərbaycan və Yaponiyanın qarşıdakı illərdə tərəfdaşlığın daha da möhkəmləndirilməsinə və yeni əməkdaşlıq istiqamətlərinin axtarışına ümumi sadiqliyini təsdiq edib.

"Hər iki tərəf 2027-ci ildə qeyd olunacaq diplomatik münasibətlərin qurulmasının 35 illiyinin ikitərəfli əməkdaşlığın nailiyyətlərini vurğulamaq üçün yaxşı fürsət olacağını bildirib. Tərəflər həmçinin bu yubileyin gələcək üçün iddialı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar", - məlumatda bildirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2026

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR