Onlayn ictimai-siyasi qəzet
Sumqayıt şəhərində fəaliyyət göstərən "Qurtuluş" reabilitasiya mərkəzi barədə cinayət işi başlanılıb.
Musavat.com Oxu.Az-a istinadən xəbər verir ki, reabilitasiya mərkəzi barədə araşdırma aparılıb.
Şikayət əsasında Sumqayıt Şəhər Prokurorluğu tərəfindən aparılan araşdırmalar zamanı reabilitasiya mərkəzində qanunsuzluqlar aşkar edilib. Faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.
"Qurtuluş" reabilitasiya mərkəzinin rəhbəri Ceyhun Salmanov bununla bağlı Musavat.com-a danışıb.
O bildirib ki, cinayət işinin açılmasını saytlardan xəbər tutub:
"Ombudsman Aparatından nümayəndələr gəlib mərkəzə baxdılar və hər şeydən razı getdilər. Cinayət işinin açılmasını indi bildim. Ümumiyyətlə, Baş Prokurorluq tərəfindən bütün reabilitasiya mərkəzlərində araşdırmalar aparılır. Ola bilsin ki, bizim mərkəzlə bağlı bu tipli araşdırma aparılır. Biz hər hansısa qanunsuzluğa yol verməmişik".
Xatırladaq ki, adıçəkilən reabilitasiya mərkəzi bir müddət öncə Əməkdar jurnalist, tanınmış keçmiş aparıcı Nəsimi Nəbizadənin müalicəsi ilə bağlı gündəmə gəlmişdi. N.Nəbizadə bir müddət öncə mərkəzi tərk edib.
Şahanə Rəhimli
Musavat.com
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ