Onlayn ictimai-siyasi qəzet
Türkiyəli fenomen Danla Bilic səhhəti ilə bağlı yaşadığı problemlər səbəbindən yenidən əməliyyat keçirib.
Musavat.com xəbər verir ki, makiyaj videoları ilə tanınan Bilic xəstəxana otağından paylaşım edərək səkkizinci dəfə əməliyyat masasına uzandığını açıqlayıb.
Bilic daha əvvəl omba nahiyəsinə etdirdiyi Aquafilling dolğusundan sonra müxtəlif fəsadlarla üzləşdiyini bildirmişdi. Onun sözlərinə görə, dolğu maddəsi zamanla bədəninə yayılıb və bu səbəbdən bir neçə dəfə cərrahi müdaxiləyə ehtiyac yaranıb.
Fenomen əvvəlki açıqlamalarında sözügedən maddənin orqanizmə yeridilməməli olduğunu deyib:
“Çox qadağan olunmuş bir maddə imiş. Davamlı adı dəyişdirilərək ölkəyə gətirilən və bədənə əsla yeridilməməli olan bir maddə imiş.”
Bilic bu problemin aradan qaldırılması üçün indiyədək yeddi əməliyyat keçirdiyini açıqlamışdı. Son müdaxilə ilə birlikdə onun əməliyyatlarının sayı səkkizə çatıb.
Fenomenin hazırkı səhhəti və son əməliyyatın detalları barədə əlavə məlumat verilməyib.
Könül
Musavat.com
13 Oktyabr 2026
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ