Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Aydın vilayətinin Çine rayonunda meşə yanğını zonasına gedən yolda baş verən yol-nəqliyyat hadisəsi təhlükəsizlik kamerasına deyil, arxadan gələn sürücünün mobil telefonuna anbaan əks olunub.
Musavat.com xəbər verir ki, idarəetmədən çıxan cip dərəyə aşaraq gözdən itib.
Hadisə Çine rayonunun Kavşit məhəlləsi yaxınlığında, Madran dağı istiqamətinə gedən yolda qeydə alınıb. Məlumata görə, yanğınsöndürmə işlərinin aparıldığı ərazidə hərəkətdə olan cip naməlum səbəbdən idarəetmədən çıxıb və yol kənarındakı səddi aşaraq dərəyə yuvarlanıb.
Qəza anı cipin arxasınca hərəkət edən başqa avtomobildəki şəxsin mobil telefon kamerası ilə qeydə alınıb. Görüntülərdə nəqliyyat vasitəsinin qəfil idarəetməni itirdiyi və dərəyə aşdığı anlar aydın şəkildə əks olunub.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili yardım, yanğınsöndürmə və axtarış-xilasetmə qrupları cəlb edilib.
Sürücünün vəziyyəti ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
Faktla bağlı araşdırma başlanılıb. Qəzanın başvermə səbəbinin aparılan araşdırmalardan sonra müəyyən ediləcəyi bildirilib.
Musavat.com
31 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ