İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəmir yolu stansiyasına pişik rəis təyin olundu: vəzifələri bundan ibarətdir

Yaponiyada qeyri-adi bir təyinat baş verib.

Musavat.com xəbər verir ki, Vakayama prefekturasında yerləşən Kişi stansiyasında Kişigava xətti üzrə rəsmi “stansiya baxıcısı” vəzifəsinə Yonotama adlı pişik gətirilib.

Məlumata görə, təyinat bütün rəsmi prosedurlara uyğun həyata keçirilib, pişiyə rəsmi sənəd təqdim olunub. Yonotamanın əsas vəzifələri sərnişinləri qarşılamaq, müxtəlif tədbirlərdə iştirak etmək və stansiyada xoş ab-hava yaratmaqdan ibarətdir.

Bununla yanaşı, Yonotamanın iki pişikdən ibarət müavinləri də təyin edilib. Onlar da stansiyanın gündəlik “ictimai həyatında” fəal rol oynayırlar.

Beləliklə, Yaponiyada pişiklər artıq təkcə evlərin deyil, ictimai nəqliyyat obyektlərinin də simvoluna çevriliblər. Görünür, simpatiya və populyarlıq baxımından onlar bir çox məmurları çoxdan geridə qoyublar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2026

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR