Onlayn ictimai-siyasi qəzet
Türkiyəli müğənni Deniz Seki evində keçirdiyi qəza nəticəsində xəstəxanaya yerləşdirilib.
Sənətçinin sol budunda sınıq aşkarlanıb və o, əməliyyat olunub. Acıbadem Maslak Xəstəxanasından verilən açıqlamada Deniz Sekinin ümumi səhhətinin yaxşı olduğu bildirilib.
Xəstəxananın baş həkimi professor doktor Metin Uzunun sözlərinə görə, Seki avqustun 10-da yıxılma nəticəsində sol budunda yaranan ağrı səbəbilə xəstəxanaya müraciət edib. Müayinələr zamanı sol bud nahiyəsində sınıq müəyyənləşib.
Sənətçi həmin gün saat 17:00-da əməliyyata alınıb. Əməliyyat zamanı sınıq nahiyəsi sabitlənib, həmçinin budun hərəkətini təmin edən əzələlərdən birində yaranan cırılma bərpa olunub. Əməliyyatın uğurla keçdiyi açıqlanıb.
Həkimlər bildiriblər ki, Deniz Seki artıq ayağa qaldırılıb və dəstəklə yeriməsinə başlanılıb. Onun 5-6 gün ərzində xəstəxanadan buraxılması planlaşdırılır.
Deniz Sekinin qəzası ilə bağlı yayılan bəzi xəbərlərdə onun evinin balkonundan yıxıldığı iddia edilmişdi. Lakin xəstəxanadan verilən açıqlamada bu məlumatın həqiqətə uyğun olmadığı bildirilib.
Məlumata görə, Seki Sarıyerin Maden məhəlləsindəki evində pişik və itlərinə yemək verərkən sürüşkən yerdə ayağının sürüşməsi nəticəsində müvazinətini itirərək yerə yıxılıb.
Hadisədən sonra sənətçinin iş yoldaşı təcili tibbi yardım çağırıb. Seki xəstəxanaya aparıldıqdan sonra müayinələrdən keçirilib və əməliyyat olunub.
Həkimlərin nəzarətində olan Deniz Sekinin bir müddət istirahət etdikdən sonra səhnə fəaliyyətinə qayıtması gözlənilir.//Demokrat.az
15 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ