İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan kənd adları ilə bağlı təşəbbüs

Milli Məclisin iclasında çıxış edən deputat Hikmət Babaoğlu maraqlı təkliflər səsləndirib.

Musavat.com xəbər verir ki, deputatın sözlərinə görə, bəzi toponimlər var ki, təhrif olunub, arxaikləşməyə üz tutub və semantik mənasını itirib:

“Biz Şəmkir rayonunun Düyərli kəndindən sonra Tovuz rayonunun Əyyüblü kəndi və yaxud Aşağı Ayıplı kəndindən keçirik. Mən bir araşdırma apardım ki, bunlar nə deməkdir? Sən demə, Oğuz xan dastanında yazılır ki, “Düyərli” – “döymək” feilindən əmələ gələn isimdir. Oğuz xanın oğlu Ayxanın oğludur Dögər və “Ayıplı” – Aşağı Ay Alplıdır, “Ay-Alp”. Məncə, bu adı dəyişib “Aşağı Ay Alplı” etməklə bu tarixi yaddaşımızı yenidən bərpa etmiş olarıq.

Və yaxud “Əzablı” kəndi var – bu da bizim etnik adımızla bağlı olan “Az Alplıdır”. Alp – savaşı deməkdir. Tovuz rayonunda yerləşir.

Şirvan şəhərinin yanında bir “Qırqçıraq” kəndi olubdur. İndi onu Şirvan şəhəri etmişik. Onu da “Qırıqçıraq” adına qaytarmaq olar”.

Spiker Sahibə Qafarova bu təklifləri deputatın da üzv olduğu Toponomiya Komissiyasında müzakirə etməyi məsləhət görüb.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2026

17 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR