İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan SON DƏQİQƏ AÇIQLAMASI: Utancvericidir!

Milli Məclisdə Azərbaycan Respublikasının Vergi Məcəlləsində “Tütün və tütün məmulatları haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

Musavat.com-un məlumatına görə, deputat Naqif Həmzəyev layihə barədə çıxışında bildirib ki, qanunda edilən dəyişiklikləri dəstəkləyir:

“Bəlkə də bu dəyişiklikləri etməyə gecikmişik. Orta məktəblərdə yuxarı sinif şagirdlərinin elektron siqaret aludəçisinə çevrilməsi faktları utancvericidir. Ümid edirəm ki, məktəblərimizdə bu prosesə nəzarət mexanizmləri gücləndiriləcək. Dəyişikliklərin tətbiq edilməsi ilə “qara bazar”ın formalaşması riskləri böyükdür”.

NAQİF.jpg (102 KB)

N.Həmzəyev qeyd edib ki, bunun qarşısını almaq üçün yol sahibkarların anbarlarında qalacaq məhsulların alınması və ya onlara dəymiş ziyanın bir hissəsini kompensasiya olaraq ödənilməsidir:

“Başqa yol isə sahibkarların sata bilmədikləri məhsulların əlavə gömrük ödənişləri olmadan başqa ölkələrə göndərilməsinə və ya aldıqları yerə qaytarılmasına imkan vermək olar.

Həmçinin, qanunun 5-ci maddəsində nəzərdə tutulan müddətin uzadılması ilə sahibkarların sifariş etdikləri məhsulun “qara qazar”a çıxışının qarşısını almaq olar. Ancaq bu zaman da müdətin uzadılmasından süni istifadəyə imkan verməməliyik.

Eyni zamanda qanunvericilikdə dəyişiklik olacağını bilən sahibkarların prosesdən süni istifadə edərək çox sayda sifariş vermə hallarını da nəzərə almaq lazımdır. Gömrük komitəsi və digər orqanlar bununla əlaqədar nəzarət mexanizmlərini gücləndirməlidirlər. İstənilən halda insanları zəhərləyən bu məhsulların “qara bazarı”nın yaranmasına imkan verməməliyik”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR