İnsanlara hürriyət, millətlərə istiqlal!

Dilənçi ona pul verməyən Cem Yılmaza elə sözlər dedi ki...

Məşhur türkiyəli komediyaçı Cem Yılmaz diş müalicəsindən çıxdıqdan sonra küçədə hərəkət edərkən gözlənilməz hadisə ilə qarşılaşıb.

Musavat.com "Haberler.com" portalına istinadən xəbər verir ki, narkozun təsiri altında olduğunu və danışmaqda çətinlik çəkdiyini bildirən sənətçi avtomobilinə minmək istəyərkən bir dilənçi ona yaxınlaşaraq pul istəyib.

Lakin Cem Yılmazın heç bir reaksiya vermədən yoluna davam etməsi qarşı tərəfi bərk qəzəbləndirib. Türkiyə mediasının yaydığı görüntülərə görə, istədiyi köməyi ala bilməyən dilənçi məşhur komediyaçının arxasınca yüksək səslə “Bir az kömək et, Allah sənin bəlanı versin!” deyə qışqırıb.

Küçədə baş verən bu gərgin anlar ətrafdakı insanların da böyük diqqətinə səbəb olub. Cem Yılmazın başına gələn bu xoşagəlməz hadisə qısa müddətdə gündəmə çevrilib və sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR