İnsanlara hürriyət, millətlərə istiqlal!

Dini inqilab: qadın kilsə rəhbəri təyin edildi

İngiltərədə mühüm və simvolik hadisə baş verib.

Musavat.com xəbər verir ki, Sara Mallalli Kanterberi arxiyepiskopu təyin olunaraq Anqlikan kilsəsinin tarixində bu posta yüksələn ilk qadın olub.

Təntənəli intronizasiya mərasimi Kanterberi katedralında keçirilib. Mərasimdə Uels şahzadəsi və şahzadəsi, həmçinin Böyük Britaniyanın baş naziri Kir Starmer və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

Qeyd edək ki, Kanterberi arxiyepiskopu Anqlikan kilsəsinin və ümumilikdə dünya üzrə anqlikan icmasının mənəvi lideri hesab olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR