İnsanlara hürriyət, millətlərə istiqlal!

Dneprdə polis bölməsində PARTLAYIŞ - FOTOLAR

Fevralın 23-ü axşamı Ukraynanın Dnepr şəhərindəki Amur-Nijnedniprovski polis bölməsində partlayış baş verib. 

Musavat.com xəbər verir ki, Ukrayna Milli Polisinin məlumatına görə, partlayışda xəsarət alan olmayıb.

Məlumatda bildirilir ki, saat 20:30 radələrində (Bakı vaxtı ilə 22:30) binanın içərisində partlayış baş verib. Bəzi dağıntılar var. 

Daha sonra Ukrayna Milli Polisi Amur-Nijnedniprovski rayonunda baş verən partlayışın səbəblərini müəyyən etdiklərini açıqlayıb.

"Hadisə nəticəsində xəsarət alan olmayıb. Partlayış dalğası binanın pəncərələrini, mebelləri və kompüter avadanlıqlarını zədələyib. Binanın yanında park edilmiş avtomobilə də ziyan dəyib. Bomba zərərsizləşdirmə mütəxəssisləri, kriminalistika ekspertləri və Dnepropetrovsk Rayon 2 saylı Polis İdarəsinin 1 saylı Polis Bölməsinin istintaq qrupu hadisə yerində işləyir. Hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırmalar davam edir", - deyə idarədən bildirilib.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR