Onlayn ictimai-siyasi qəzet
Hörmüz boğazı vasitəsilə dəniz yükdaşımalarında qeyri-müəyyənliyin qalması və tədarükdəki fasilələr fonunda dünya bazarında neftin qiyməti son üç həftənin maksimal həddinə çatıb.
Musavat.com xəbər verir ki, bu barədə "AFP" agentliyi məlumat yayıb.
Bakı vaxtı ilə saat 15:57-yə olan göstəricilərə əsasən, "Brent" markalı xam neftin fyuçersləri 0,59% bahalaşaraq bir barel üçün 91,56 dollara, "WTI" markalı neftin qiyməti isə 0,69% artaraq 85,53 dollara yüksəlib. Bununla da "Brent" iyulun 30-dan, "WTI" isə iyulun 31-dən bəri ən yüksək qiymət göstəricisini qeydə alıb.
"KCM" şirkətinin analitiki Tim Uoterin sözlərinə görə, boğaz vasitəsilə həyata keçirilən gəmiçilik həcmi hələ də normadan dəfələrlə aşağıdır. Ekspert vurğulayıb ki, keçidin təhlükəsizliyinə olan inamın aşağı səviyyədə qalması neft qiymətlərində geopolitik risq mükafatını yüksək həddə saxlamaqda davam edir.
Musavat.com
25 Avqust 2026
01:06 Qonşu ölkədə məktəbli forması məcburiləşir – tam dəstin qiyməti bəlli oldu, imtina edənləri...
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ