Onlayn ictimai-siyasi qəzet
Hollivud ulduzu Tom Kruzun yeganə bioloji övladı Suri Kruz illər sonra atası ilə bağlı diqqətçəkən qərar verib.
20 yaşlı Suri artıq rəsmi sənədlərdə Kruz soyadından istifadə etmir. O, anası Katya Holmesin ikinci adı olan Noel soyadını seçib.
Məlumata görə, Suri bu soyaddan ilk dəfə 2024-cü ildə Nyu-Yorkdakı LaGuardia liseyini bitirərkən istifadə edib. Daha sonra Pensilvaniya ştatında, təhsil aldığı Karnegi Mellon Universitetinin yerləşdiyi bölgədə seçici qeydiyyatında da özünü Suri Noel kimi təqdim edib.
Suri Kruz 2006-2012-ci illərdə evli olan Tom Kruz və Katya Holmes cütlüyünün yeganə övladıdır. Valideynlərinin boşanmasından sonra o, anası ilə birlikdə böyüyüb. İddialara görə, boşanmadan sonra Tom Kruz qızı ilə münasibətlərini böyük ölçüdə itirib.
Hollivud aktyoru zaman-zaman qızı ilə əlaqəsi olduğunu bildirsə də, onların uzun illərdir ictimaiyyət qarşısında birlikdə görünməməsi diqqət çəkib.
Surinin soyad dəyişiklik qərarı isə onun həyatında yeni mərhələ açmaq və anasına olan bağlılığını göstərmək kimi qiymətləndirilir.
Gənc qız hazırda universitetdə təhsil alır və eyni zamanda teatrla maraqlanır. Onun 2026-cı ildə Uilyam Şekspirin “Yay gecəsi yuxusu” əsəri əsasında hazırlanacaq tamaşada səhnəyə çıxacağı gözlənilir.
Tom Kruz ilə Katye Holmesin münasibəti isə böyük sevgi ilə başlamışdı. Cütlük 2006-cı ildə evlənmiş, altı il sonra boşanmışdı. Boşanmadan sonra Suri əsasən anası və onun ailəsi tərəfindən böyüdülüb.//Demokrat.az
30 Iyul 2026
02:59 FİFA ilə UEFA arasında tarixi qarşıdurma – Dünya çempionatı uğrunda 20 milyard dollarlıq savaş
29 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ