İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropadan Bakıya HÜCUM – Niyə məhz Azərbaycan?

Dövlət başçısı İlham Əliyev sentyabrın 15-də dini liderlərlə görüşündə Avropa Parlamentini sərt şəkildə tənqid edib və deyib: “Avropa Parlamenti korrupsionerlər yuvasıdır. Mən bunu tam məsuliyyətlə deyirəm: Avropa Parlamenti korrupsionerlər yuvasıdır".

Prezident yerli televiziya kanallarına müsahibə verdi - FOTOLAR / VİDEO -  Globalinfo.az

Yada salaq ki, 2022-ci ilin dekabrında Belçikada aparılan istintaq çərçivəsində Avropa Parlamenti ilə əlaqəli şəxslər korrupsiya, çirkli pulların yuyulması və cinayətkar təşkilatda iştirak şübhələri ilə saxlanılmışdı.
Parlament özü həmin hadisəni “korrupsiya qalmaqalı” adlandırmışdı. Qalmaqalın ən səs-küylü siması isə Avropa Parlamentinin vitse-prezidenti Eva Kaili olmuşdu. Belçika istintaqı fonunda onun vəzifəsinə xitam verilməsi ilə bağlı qərar 625 səslə qəbul edilmişdi. İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycana qarşı bəzi Avropa siyasi dairələrində formalaşmış münasibət obyektiv reallıqlarla deyil, siyasi yanaşmalarla müəyyənləşir.

Ancaq niyə məhz Azərbaycan? Avropa Parlamenti başqa ölkələrlə müqayisədə daha çox bizi niyə hədəf alır? Digər ölkələrdə hər şey idealdırmı? Hər şey bir yana, Avropa Parlamenti öz daxilindəki korrupsiya və lobbiçilik qalmaqallarından hansı nəticələri çıxarıb?

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Musavat.com-a bildirdi ki, Avropa İttifaqı hazırda ciddi institusional və dəyər deqradasiyası ilə üz-üzədir: “Belə ki, insan hüquqları Avropa hüququnun təməlində dursa da, onun qurumları bu prinsipial dəyərlərin real siyasətə tətbiqində qeyri-ardıcıl davranır, ikili standartlara yol verirlər. Bu, sadəcə Azərbaycana qarşı münasibətdə deyil, ümumilikdə bir çox məsələlərdə, o cümlədən miqrant siyasətində və s. öz əksini tapır”.

Onun sözlərinə görə, azərbaycanlıların vaxtilə üzləşdiyi işğal, məcburi köçkünlük fonunda Ermənistana qarşı ardıcıl və sərt mövqe sərgiləməyən Avropa, xüsusilə 2020-ci ildən bəri Ermənistanın vəkili rolunda çıxış edir6 “Avropa Parlamentində Vətən müharibəsindən ötən dövrdə 14 qətnamə qəbul olunub, Avropa İnsan Hüquqları Məhkəməsində ümumiyyətlə ölkəmizin 2002-ci ildə Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya etməsindən bəri 300-dən çox məhkəmə işi qaldırılıb ki, bunlar arasında Vətən müharibəsindən sonrakı iddialar xüsusilə diqqətəlayiqdir. Bütün bunların arxasında təbii ki, erməni lobbi qruplarının təsiri amili, Avropa Şurası, Avropa Parlamenti və Avropa İnsan Hüquqları Məhkəməsi kimi əsas institutlarının ümumiyyətlə korrupsiyalaşmış olması faktı dayanır”.

Şəhla Cəlilzadə: "Azərbaycan Cənubi Qafqazın geosiyasi landşaftını  dəyişərkən beynəlxalq hüquq və tarixə istinad edirdi"

Ekspertə görə, Avropa Parlamentinin korrupsiya yuvası olması sadəcə siyasi iddia deyil, həm də real faktlara söykənir: “Bu faktlar digər ölkələrlə bağlı işıq üzü görmüş olsa da, məsələn 2022-ci ildən gündəmdə olan “Qataegate işi”, 2025-ci ildən bəri Çinlə bağlı korrupsiya qalmaqalı və s. bütün bunlar Avropa institutlarının daxili idarəetməsində prinsipial ardıcıllığın itirilməsini, Avropa siyasətçilərinin korrupsiyaya yuvarlanmasının ənənəvi hal aldığını göstərir".

Ş.Cəlilzadə əlavə edib ki, düzdür, bu ilin martında Avropa Parlamenti Aİ tarixində ilk vahid korrupsiyaya qarşı cinayət-hüquqi çərçivəni qəbul edib, lakin onun işləməsi sual doğurur: "Təəssüf ki, Azərbaycanın bu qeyri-prinsipial mövqeyi dəyişdirməyə gücü çatmasa da, Avropa Parlamenti ilə əməkdaşlığı və Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin parlamentariləri ilə birgə təşkil etdiyi Avronest Parlament Assambleyasında üzvlüyü donduran qərar qəbul edib. Lakin bu, Avropa ilə əməkdaşlığın dondurulması demək deyil. Əksinə, münasibətlər xüsusilə 10-dan çox Aİ üzvü dövlətlə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. qlobal proseslər fonunda Avropa ilə siyasi dialoq üçün yeni və daha işlək mexanizmlər formalaşır. Bu mexanizmlərdən biri də Avropa Siyasi Birliyidir”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR