Onlayn ictimai-siyasi qəzet
Çinli cərrahlar dünyada ilk dəfə olaraq xəstənin iş yerində baş verən qəzada zədələnmiş qulağını ayağına köçürərək xilas ediblər.
Musavat.com xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə zamanı xəstənin baş dərisi, boynu və üzü ciddi şəkildə parçalanıb, qulaq isə baş dərisi ilə birlikdə tamamilə kəsilib.
Cərrahlar əvvəlcə baş dərisini bərpa etmək üçün standart üsullardan istifadə etməyə çalışıblar, lakin qəza nəticəsində baş dərisinin toxumaları və damar şəbəkəsi ciddi zədələndiyi üçün bu yanaşma uğursuz olub.
Nəticədə, çinli həkimlər dünyada ilk dəfə olaraq kəsilmiş qulağı əvvəlcə xəstənin ayağına köçürüblər. Sonrakı mərhələdə isə qulaq yenidən öz yerinə qaytarılıb.
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ