İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur analitik mərkəzdən ABŞ və Avropa üçün bədbin proqnoz: Yaxın 10 ildə...

Yaxın onillikdə Avropada və ABŞ-da neft emalı gücü növbəti onillikdə azalacaq, Yaxın Şərqdə, Afrikada və Asiyada isə artım davam edəcək.


Musavat.com xəbər verir ki, Financial Times qəzeti bunu S&P Global Energy mütəxəssislərinin proqnozuna istinadən yazıb. Bildirilir ki, Qərb hökumətləri gələcək böhranlar zamanı vacib resursların fasiləsiz təchizatını təmin etmək üçün şirkətləri neft emalı zavodlarının gücünü artırmağa çağırır, lakin investorlar yeni layihələrə investisiya qoymaqda tərəddüd edirlər ki, bu da gələcəkdə həm Avropada, həm də Şimali Amerikada problemlər yaradacaq.

2026-cı ildə ABŞ və Avropadakı neft emalı zavodları Yaxın Şərqdəki müharibənin yaratdığı çatışmazlıqların öhdəsindən gəlmək və yüksək mənfəət əldə etmək üçün bütün gücü ilə işləyir.
S&P Global Energy proqnozlaşdırır ki, Avropanın neft emalı zavodlarının gücü 2035-ci ilə qədərki on il ərzində 20 faiz azalaraq gündə 9 milyon bareldən bir qədər çox olacaq. 2025-ci ildə Avropada ümumi emal gücü təxminən 500.000 barel olan neft emalı zavodları bağlanıb, Böyük Britaniya isə altı neft emalı zavodundan ikisini itirib.

S&P Global Energy həmçinin ABŞ-da gücün bu dövrdə 7 faiz azalaraq 16,7 milyon barelə düşəcəyini gözləyir. Şirkətin emal şöbəsinin rəhbəri Daniel Evans bildirib ki, Yaxın Şərqdəki müharibənin yaratdığı enerji böhranı sənayenin trayektoriyasını dəyişdirməyib: "Son təchizat fasilələri Qərbdə emal sektorunun strateji əhəmiyyətini yenidən düşünməyə məcbur edib. Bəs bu, uzunmüddətli perspektivdə əsasları dəyişdirirmi? Çox güman ki, yox".

Şimali Amerika və Avropadan fərqli olaraq, Çində, Yaxın Şərqdə, Hindistanda və Afrikada isə böyük və yüksək rəqabətədavamlı yeni neft emalı zavodları tikilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR