İnsanlara hürriyət, millətlərə istiqlal!

eBay-in qorxunc sirri açıldı — 55 milyon dollar ödəyərək işi bağladı

Dünyanın ən böyük elektron ticarət platformalarından biri olan eBay şirkəti tənqidi yazılarına görə illərlə təqib edilən ailə cütlüyünə milyonlarla dollar təzminat ödəməyə razılaşıb.

Musavat.com xəbər verir ki, Reuters-in məlumatına görə, eBay və şirkətin üç keçmiş yüksək vəzifəli rəhbəri Massaçusets ştatında yaşayan Devid və İna Staynerlərə ümumilikdə 55,7 milyon dollar ödəyəcək.

“EcommerceBytes” portalının təsisçiləri olan Staynerlər eBay-in fəaliyyəti barədə tənqidi məqalələr yayımlayırdılar. Şirkətin təhlükəsizlik xidmətinin əməkdaşları isə cütlüyü susdurmaq üçün onlara qarşı qorxunc təqib kampaniyası başladıb.

Ailəyə poçt vasitəsilə diri tarakanlar və hörümçəklər, qanlı donuz maskası, dəfn çələngi göndərilib. İna Staynerə hətta “həyat yoldaşının ölümündən necə sağ çıxmaq olar” mövzusunda kitab çatdırılıb.

Cütlük real həyatda izlənilib, sosial şəbəkələrdə ölümlə hədələnib. eBay əməkdaşları onların avtomobilinə GPS izləmə qurğusu yerləşdirməyi və qarajlarına gizli daxil olmağı da planlaşdırıblar.

Araşdırma zamanı təqib kampaniyasının eBay rəhbərliyindəki şəxslərin göstərişləri ilə həyata keçirildiyi müəyyənləşib. Hadisələrlə bağlı şirkətin yeddi keçmiş əməkdaşı məhkum olunub.

Razılaşmaya əsasən, eBay ailəyə 46,15 milyon dollar, şirkətin keçmiş baş direktoru Devin Veniq isə şəxsi vəsaitindən 2 milyon dollar ödəyəcək. Digər keçmiş rəhbərlər də təzminat ödəyəcəklər. Şirkət əlavə olaraq qeyri-kommersiya təşkilatlarına 6 milyon dollar ianə edəcək.

eBay bundan əvvəl həmin iş üzrə 3 milyon dollar məbləğində cinayət cəriməsi də ödəmişdi.

Zərərçəkənlər bildiriblər ki, məqsədləri insanları cəzasız şəkildə terror edə biləcəyini düşünən böyük korporasiyalar üçün çəkindirici presedent yaratmaqdır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR