Onlayn ictimai-siyasi qəzet
Dünya Restlinq Federasiyası (WWE) əfsanəsi Con Sina peşəkar restlinq karyerasını başa vurdu.
Musavat.com xəbər verir ki, o, dekabrın 14-nə keçən gecə Vaşinqtonda World Wrestling Entertainment arenasında son döyüşünü keçirib.
Məlumata görə, Sina avstriyalı restler Valter Hanla (rinqdə Günter təxəllüsü ilə çıxış edir) qarşılaşıb və məğlub olub. Döyüşdən sonra o, tamaşaçılarla vidalaşıb, rinqdə ayaqqabılarını və biləkliklərini qoyaraq arenanı alqışlar altında tərk edib.
“Bu illər ərzində sizə xidmət etmək böyük şərəf idi. Təşəkkür edirəm”.
Qeyd edək ki, Con Sina WWE-də 2002-ci ildə debüt edib. Cəmi üç il sonra ilk dəfə çempionluq qazanıb və karyerası ərzində rekord göstərici olan 17 dəfə WWE çempionu olub.
Sina eyni zamanda aktyorluq fəaliyyəti ilə də tanınır. O, “Dəniz piyadası” (2006) filmində baş rolu canlandırıb, “Forsaj 9” (2021), “Forsaj 10” (2023) filmlərində, eləcə də “Sülhməramlı” serialında çəkilib.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ