İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcü müxalifətinin liderindən əcaib Qarabağ açıqlaması - Tiflisdə qalmaqal

Gürcüstanda müxalifət liderinin Qarabağla bağlı açıqlaması ölkənin siyasi gündəmini qarışdırıb. “Axali” partiyasının lideri Nika Qvaramiya Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ məsələsində tutduğu mövqeyi Gürcüstan üçün də nümunə kimi göstərib və Abxaziya ilə Cənubi Osetiya məsələsində “tarixi travmalardan qurtulmağın” vacibliyini bildirib.

Musavat.com “Vzqlyad” nəşrinə istinadən xəbər verir ki, Qvaramiya Abxaziya müharibəsinin başlanmasının 34-cü ildönümü ilə bağlı “Formula” telekanalının efirində çıxış edərkən Paşinyanın siyasətini yüksək qiymətləndirib. Onun sözlərinə görə, tarixi yaddaş millət üçün mühüm olsa da, “travmatik yaddaş” cəmiyyətin inkişafına mane ola bilər.

Qvaramiyanın ən çox mübahisə doğuran fikri isə Ermənistanın Qarabağ məsələsində geri çəkilməsini müsbət nümunə kimi təqdim etməsi olub. O, Paşinyanın “tarixi travmaları aşdığını” və bunu qısa müddətdə bacardığını bildirib.

Gürcü siyasətçinin məntiqinə görə, Ermənistan Qarabağ məsələsində əvvəlki mövqeyindən imtina etməklə Avropa ilə münasibətlərini gücləndirə və Rusiyadan uzaqlaşa bilər. Qvaramiya hesab edir ki, Gürcüstan da oxşar yanaşma nümayiş etdirməlidir.


Каха Каладзе госпитализирован с редким диагнозом | Новости Азербайджана от  Baku.ws - Последние события и Новости региона

Bu fikir Gürcüstan hakimiyyətində sərt reaksiya doğurub. “Gürcü Arzusu”nun nümayəndələri Qvaramiyanın sözlərini ölkənin ərazi bütövlüyünə qarşı çıxış kimi qiymətləndiriblər. Tiflis merı və hakim partiyanın baş katibi Kaxa Kaladze onun açıqlamasını “xəyanətkar” və “düşmən mövqeyi” kimi xarakterizə edib.

Gürcüstan parlamentinin nümayəndələri də bildiriblər ki, Abxaziya və Cənubi Osetiyanın ölkənin ərazi bütövlüyü məsələsində Qarabağla müqayisə edilməsi qəbuledilməzdir.

Hakimiyyətin mövqeyinə görə, Gürcüstan bu ərazilərlə bağlı iddialarından imtina etmək niyyətində deyil və əsas məqsəd ərazi bütövlüyünün sülh yolu ilə bərpasıdır.

Məsələnin digər maraqlı tərəfi isə Qvaramiyanın özünün Suxumidə doğulmasıdır. O, keçmiş prezident Mixail Saakaşvilinin siyasi komandasının üzvü olub, müxtəlif dövrlərdə Gürcüstanın ədliyyə və təhsil naziri vəzifələrində çalışıb. Sonradan müxalif media qurumlarının rəhbəri kimi tanınıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR