Onlayn ictimai-siyasi qəzet
Rusiyalı jurnalist və radio aparıcısı Armen Qasparyan blogerləri və ictimai-siyasi cameənin nümayəndələrini Azərbaycanla bağlı açıqlamalara daha məsuliyyətlə yanaşmağa çağırıb.
Musavat.com xəbər verir ki, o, “Solovyov LIVE” proqramının efirində çıxışı zamanı Azərbaycan-Rusiya münasibətlərində növbəti gərginliyi şərh edərkən bu barədə danışıb.
Qasparyan bildirib ki, ictimaiyyət qarşısında səsləndirilən sərt fikirlər müəyyən nəticələrə səbəb ola və yeni diplomatik qalmaqallar üçün zəmin yarada bilər.
“Mən dəfələrlə demişəm ki, ictimai-siyasi məkandakı blogerlərimiz ən azı arabir özlərinə sual verməlidirlər ki, onların sözləri necə şərh olunacaq”, – deyə o qeyd edib.
Jurnalistin sözlərinə görə, Moskva ilə Bakı arasında münasibətlərin hazırkı vəziyyətini nəzərə almaq xüsusilə vacibdir.
“Azərbaycan hazırda ən dost dövlət deyil – bunu hələ belə, üstüörtülü, pərdələnmiş şəkildə deyirəm”, – deyə Qasparyan bildirib.
O, həmçinin “Sputnik”in jurnalistləri ilə bağlı vəziyyəti xatırladaraq, Rusiya informasiya məkanında səsləndirilən rezonans doğuran açıqlamaların qısa müddətdə dövlətlərarası səviyyədə davamının ola biləcəyinə işarə edib.
“Onlar [rusiyalı blogerlər – red.] bu cür açıqlamalar verərkən başa düşürdülərmi ki, gec-tez bu sözlər Bakıya çatacaq və bundan sonra yenə də beynəlxalq qalmaqal yaranacaq?” – deyə Qasparyan bildirib.
Musavat.com
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ