Onlayn ictimai-siyasi qəzet
ABŞ administrasiyası İsrail, Suriya və Türkiyə arasında münaqişələrin aradan qaldırılması mexanizmi yaratmaq üzərində işləyir.
Musavat.com xəbər verir ki, məlumatı ABŞ-ın Suriya və İraq üzrə xüsusi nümayəndəsi və Türkiyədəki səfiri Tom Barak Reuters agentliyinə verdiyi müsahibədə açıqlayıb.
O, "İsrail, Suriya və Türkiyəni əhatə edən münaqişələrin aradan qaldırılması mexanizminə ehtiyac olduğunu" vurğulayıb: "Gələcək anlaşılmazlıqların qarşısını almaq üçün mexanimz yaratmaq üçün səylə çalışırıq. İndi prioritet gərginliyi azaltmaq və daha balanslı yanaşma üçün şərait yaratmaqdır".
Mexanizmin özü üç ölkənin silahlı qüvvələri arasında anlaşılmazlıqların və ya təsadüfi toqquşmaların qarşısını almaq üçün hazırlanmış bir rabitə kanalı olacaq.
Diplomat vurğulayıb ki, Ankara Türkiyə sərhədi yaxınlığında yerləşən Suriyanın Əbu Duhur hava bazasına İsrailin hava hücumları barədə xəbərdarlıq edilməyib. O Türkiyənin mümkün hərbi cavabına işarə edərək bildirib ki, Türkiyə "İsrail təyyarələrini izləyib, buna görə də öz cavabına ağlabatan şəkildə hazırlaya bilərdi": "Xoşbəxtlikdən, soyuqqanlılıq vəziyyətin daha da gərginləşməsinin qarşısını alıb".
Ankara Suriya ordusuna təlim keçir, Dəməşqə dövlət qurumlarını və infrastrukturunu bərpa etməyə kömək edir, hərbi və diplomatik dəstək göstərir. Barrak etiraf edib ki, Türkiyə "tezliklə İsrailin hücumuna məruz qalan bazada mövcudluğunu gücləndirə bilər".
Suriya və İsrail bir neçə dəfə gərginliyin azaldılması ilə bağlı danışıqlar aparıblar, lakin heç bir razılıq əldə edilməyib.
Musavat.com
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ