İnsanlara hürriyət, millətlərə istiqlal!

Ələsgər Məmmədliyə 15 il həbs tələb edildi

“Toplum TV” işi üzrə məhkəmə istintaqı başa çatıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror bəyan edib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar əsaslıdır, hər birinə ayrı-ayrılıqda sanksiya həddində cəza təyin edilməlidir.

Konkret olaraq Aкif Qurbanov və Ruslan İzzətlinin 16, Ələsgər Məmmədli və Əli Zeynalovun 15, Müşfiq Cabbarov, İlкin Əmrahov, Ramil Babayevin 14, Fərid İsmayılov və Elmir Abbasovun isə 13 il müddətinə azadlıqdan məhrum edilmələri istənilib.

Vəkillərə müdafiə çıxışlarına hazırlanmaları üçün vaxt verilib./qafqazinfo.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR