Onlayn ictimai-siyasi qəzet
Tanınmış teleaparıcı Elgiz Əkbər yeni verilişinin nə vaxt başlayacağını açıqlayıb.
Musavat.com xəbər verir ki, aparıcının "Şadlıq olsun" adlı yeni layihəsinin ilk buraxılışı sentyabrın 7-si saat 15:00-da təqdim olunacaq.
Aparıcı verilişin bütün sosial platformalarda yayımlanacağını qeyd edib.
"Sentyabrın 7-si saat 15:00-dan bütün sosial platformalarda ilk buraxılışımızla xidmətinizdəyik. Xeyir-dualarınıza ehtiyacımız var, dostlar", – deyə o bildirib.
Qeyd edək ki, "Şadlıq olsun" proqramı "Youtube" platformasında təqdim ediləcək.
Xatırladaq ki, ötən mövsüm onun aparıcılıq etdiyi "Elgizlə izlə" verilişinin yayımı dayandırılıb. (azxeber.com)
05 Sentyabr 2026
04 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ