İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Kərimli həbsdə – AXCP üzvləri “qeyd edir” – FOTO

Sosial şəbəkələrdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Sumqayıt şəhər təşkilatının məsul şəxslərinin yer aldığı foto yayılıb.

Musavat.com NOCOMMENT.az-a istinadla xəbər verir ki, kadrlarda funksionerlərin süfrə arxasında olduqca rahat və kefli anlar yaşadığı görünür.

Bu görüntü partiya sədri Əli Kərimlinin həbsdə olduğu günlərdə xüsusi diqqət çəkir. Belə görünür ki, siyasi gərginlik Sumqayıtda süfrə əhval-ruhiyyəsinə ciddi təsir etməyib.

Rəhbərlik həbsdə olsa da, yerli təşkilatın gündəlik ritmi dəyişməz qalır. Görünən odur ki, partiyanın Sumqayıt şəhər təşkilatının üzvləri Əli Kərimlinin siyasi kimliyinin ifşa olunmasından məmnundurlar.

Foto qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR