Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Səlim Abbasovun yaşadığı evdə yanğın hadisəsi baş verib.
Musavat.com xəbər verir ki, hadisə sənətçinin evinin mətbəx hissəsində qeydə alınıb.
İlkin məlumata görə, mətbəxdə quraşdırılmış aspiratorda baş verən qısaqapanma nəticəsində yanğın başlayıb.
Səlim Abbasov bildirib ki, hadisəni vaxtında hiss etdiyi üçün dərhal Fövqəladə Hallar Nazirliyinə müraciət edib. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə nəzarətə götürülərək söndürülüb və yanğının evin digər otaqlarına yayılmasının qarşısı alınıb.
Sənətçi hadisə zamanı böyük təhlükə ilə üz-üzə qaldığını qeyd edib:
"Yaxşı ki, oyaq idim. Yoxsa evdə hər şey yanardı".
Könül
Musavat.com
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ