Onlayn ictimai-siyasi qəzet
Dubayda yaşayan bloqer Alma Verso İranda keçirdiyi plastik əməliyyatdan sonra çətin vəziyyətdə qaldığını bölüşüb. O, rəfiqəsi ilə birlikdə burun əməliyyatı üçün getdiyi ölkədə hərbi gərginlik səbəbindən geri dönə bilmədiyini açıqlayıb.
Bloqer özünün sosial şəbəkə hesabında yayımladığı videoda əməliyyatın nəticəsindən razı qaldığını qeyd edib. O, vəziyyəti ironik şəkildə şərh edərək estetik məqsədlə gəldiyi ölkədə müharibə səbəbindən məcburi şəkildə qaldığını bildirib. Milyonlarla izləyici tərəfindən baxılan paylaşım sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə yol açıb.
İzləyicilərin əksəriyyəti bloqerin məhz bu dövrdə İrana səyahət etməsinə və seçimini Türkiyə kimi digər məşhur istiqamətlərdən yana yox, İrandan yana etməsinə təəccüblərini bildiriblər. Şərhlərdə insanların vəziyyətin ciddiliyini nəzərə almaması ilə bağlı tənqidi fikirlər üstünlük təşkil edib.
Qeyd edək ki, regionda hərbi və siyasi gərginlik artmaqdadır. ABŞ rəhbərliyi Hörmüz boğazında neft təchizatına qarşı hər hansı bir maneə yaranacağı təqdirdə İrana qarşı sərt tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib. Hazırda sərhədlərdəki vəziyyətlə bağlı qeyri-müəyyənlik davam edir və bir çox səyahətçi gələcək addımların nədən ibarət olacağını gözləyir.//Demokrat.az

04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ