Onlayn ictimai-siyasi qəzet
BƏƏ-nin keçmiş prezidentinin müşaviri, tanınmış politoloq və professor Əbdülxaləq Abdulla ölkəsinin müdafiə strategiyasında inqilabi dəyişikliklərin vaxtının çatdığını bəyan edib.
Musavat.com xəbər verir ki, professor Abdulla rəsmi Abu-Dabinin artıq ABŞ-ın hərbi himayəsinə ehtiyacı olmadığını və ölkə ərazisindəki Amerika bazalarının bağlanmasının vaxtının çatdığını bildirib.
Əbdülxaləq Abdulla qeyd edib ki, son zamanlar bölgədə baş verən İran təcavüzü zamanı BƏƏ öz hava hücumundan müdafiə sistemləri və ordusu ilə "şərəflə qorunmağa" qadir olduğunu sübut edib. Onun fikrincə, Amerika hərbi bazaları artıq regionda sabitliyi təmin edən faktor deyil, əksinə, ölkənin üzərində bir yükdür:
"İranın hücumları göstərdi ki, biz özümüzü müdafiə edə bilərik. İndi diqqətimizi ABŞ-dan bazaların saxlanılmasına deyil, ən müasir silahların və texnologiyaların alınmasına yönəltməliyik".
Professor vurğulayıb ki, Amerika bazalarının mövcudluğu BƏƏ-ni hədəf halına gətirir və ölkənin suveren qərarlarına mane olur.
Qeyd edək ki, bu bəyanat mart ayında İranın "Əl-Dafra" aviabazasına (ABŞ qüvvələrinin yerləşdiyi strateji obyekt) endirdiyi PUA zərbələrindən və ABŞ-ın dəniz blokadasının gərginliyi artırmasından sonra səslənib. Əmirliklərin bu cür "çıxış qapısını göstərməsi" Vaşinqtonun Körfəzdəki onilliklərdir davam edən hərbi hegemonluğunun sona çatması kimi qiymətləndirilir. Analitiklər hesab edirlər ki, BƏƏ artıq öz təhlükəsizlik arxitekturasını Çin və Rusiya ilə daha sıx əməkdaşlıq üzərində qurmağa meyillidir.
Musavat.com
08 Iyun 2026
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ