İnsanlara hürriyət, millətlərə istiqlal!

“Epşteynin villası” Lvovda: tərk edilmiş bina və yeddi ailənin taleyi

Jeffrey Epstein ilə bağlı sənədlərdə Ukrayna ilə əlaqəli məqamların yer aldığı bildirilir.

Musavat.com xəbər verir ki, “Epşteyn faylları” adlandırılan milyonlarla sənəd arasında təkcə ukraynalı model qızlarla bağlı məlumatlar deyil, həm də daşınmaz əmlakla əlaqəli qeydlər mövcuddur.

Məlumata görə, qalmaqallı amerikalı maliyyəçi Lvov şəhərində yerləşən bir binaya maraq göstərib. Yerli mediada “Epşteynin villası” kimi təqdim edilən bu tikili hazırda baxımsız vəziyyətdədir. Bildirilir ki, vaxtilə həmin binada yeddi ailə yaşayıb.

Araşdırmalarda qeyd olunur ki, sözügedən obyektə marağın səbəbləri və mümkün planlar barədə dəqiq məlumat yoxdur. Məsələ ilə bağlı müzakirələr davam edir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR