Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 1944-cü il 14 noyabr sürgününün ildönümü ilə bağlı Axıska türklərinə xüsusi müraciət ünvanlayıb.
Dövlət başçısı bildirib ki, 81 il əvvəl yüz minə yaxın Axıska türkü öz ata yurdlarından didərgin salınıb və bu ağır tarixi ədalətsizliyin izləri bu gün də türk dünyasının yaddaşında silinməyib.
Prezident müraciətində belə deyib:
“1944-cü il 14 noyabrda təxminən yüz min Axıska türkü öz ata yurdundan sürgün edildi. Bu faciənin acısını bu gün də ürəyimizin dərinliyində hiss edirik. Bu bədbəxt sürgünün 81-ci ilində həyatını itirən soydaşlarımıza Allahdan rəhmət diləyir, Axıska türkü qardaşlarımızın acısını paylaşıram.”
Ərdoğan vurğulayıb ki, Türkiyə dövləti Axıska türklərinin harada yaşamasından asılı olmayaraq onların təhlükəsizliyi, hüquqları və sosial rifahının təmin edilməsini milli məsələ hesab edir.
Axıska türklərinin tarixi sürgün faciəsi
1944-cü il noyabrın 14-də SSRİ rəhbərliyinin əmri ilə Axıska bölgəsində yaşayan təxminən 100 min Axıska türkü bir gecənin içində evlərindən qoparıldı. Kəndlər mühasirəyə alındı, insanlar yük vaqonlarına doldurularaq Qazaxıstan, Özbəkistan və Qırğızıstana sürgün edildi.
Sürgün karvanı soyuq, aclıq, xəstəlik və ağır yol şəraiti ilə müşayiət olunurdu. Minlərlə insan dəmir yolu boyunca həyatını itirdi; ölənlərin cəsədləri vaqonlardan çıxarılaraq qarın üzərinə atılırdı. Ailələr dağıldı, bütöv bir toplum sağalmaz yara ilə yaşamağa məhkum edildi.
Axıska türkləri onillərlə doğma yurdlarına dönmək ümidi ilə mübarizə apardılar. Bu arzu bu gün də tam şəkildə reallaşmayıb.
Musavat.com
29 Avqust 2026
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ