Onlayn ictimai-siyasi qəzet
İtaliyanın Baş naziri Corcia Meloni G7 sammitində verdiyi açıqlama ilə diqqət mərkəzinə düşüb.
Musavat.com xəbər verir ki, G7 liderlərinin qeyri-rəsmi söhbəti zamanı Meloni “Mənə bir qəhvə lazımdır” deyib. Almaniya kansleri Fridrix Merz isə zarafatla “Bəs bir siqaret?” sualını verib.
Meloni buna “Xeyr, tərgitmişəm” cavabını verib və bu sözlər ətrafdakıların təəccübünə səbəb olub.
Xatırladaq ki, ötən il Misirdə keçirilən Qəzza Sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Meloniyə “Möhtəşəm görünürsən, amma səni siqareti tərgitməyə məcbur etməliyəm” demişdi.
Həmin söhbət zamanı Fransa Prezidenti Emmanuel Makron “Bu, mümkün deyil” deyərək zarafat etmiş, Meloni isə gülərək “Bilirəm, bilirəm. Heç kimi öldürmək istəmirəm” cavabını vermişdi.
G7 sammitindəki son açıqlama isə İtaliya baş nazirinin artıq siqaretdən tamamilə imtina etdiyini göstərib.
Musavat.com
05 Iyul 2026
04 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ