Onlayn ictimai-siyasi qəzet
Ermənistan adambaşına düşən ÜDM baxımından Cənubi Qafqaz, Rusiya Federasiyasının Şimali Qafqaz regionu və Mərkəzi Asiya ölkələri arasında sonuncu yeri tutur.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı müxalif “Ermənistan” blokunun deputatı Artur Xaçatryan məlumat verib.
Erməni deputat fikrini əsaslandırmaq üçün bəzi statistik göstəriciləri təqdim edib.
“2018-ci ildə indiki hakim partiya hakimiyyətə gəldiyi vaxt ölkədə kredit tarixçəsi pozulmuş 47 min nəfər var idi. Bilirsinizmi, 2025-ci il oktyabrın 1-nə olan məlumata görə, ümidsiz kreditlərin sayı nə qədər olub? 136,5 min nəfər!”, – deyə Xaçatryan bildirib.
Musavat.com
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ