İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat: Paşinyan seçki üçün Avropadan pul alacaq

Ermənistan hakimiyyəti Avropa İttifaqından alınan vəsaiti müxalifəti nüfuzdan salmaq məqsədilə xərcləyəcək.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikri “Ermənistan” fraksiyasından olan deputat Qarnik Danielyan səsləndirib.

Erməni deputat qeyd edib ki, Ermənistan hakimiyyətinin nümayəndələri faktiki olaraq Aİ-yə müraciət edilməsi ilə bağlı məlumatı təkzib etməyiblər, əksinə, “hibrid müharibə” ideyasını təsdiqləyiblər. Lakin Danielyanın sözlərinə görə, onlar Kallasdan fərqli olaraq, guya mövcud olan “təhdidin” konkret mənbəyini göstərməyiblər.

Danielyan Kaya Kallasın açıqlamasını daxili işlərinə müdaxilə olduğunu bildirib.

“Belə çıxır ki, Ermənistan hakimiyyəti — və buna heç bir təkzib yoxdur — Aİ-dən vəsaiti öz daxili ehtiyacları üçün alır. Aİ-dən alınan bütün pullar müxalifəti nüfuzdan salmağa sərf olunacaq”, — deyə erməni deputat söylyəib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Avqust 2026

16 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR