İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni nazirdən Konstitusiya açıqlaması

Ermənistanın ədliyyə naziri Srbuhi Qalyanın sədrliyi ilə Konstitusiya İslahatları Şurasının sonuncu iclası keçirilib.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Şura üzvləri prokurorluq və istintaq orqanları ilə bağlı müddəaları müzakirə ediblər.

“Mən Ədliyyə Nazirliyinin üzərinə götürdüyü öhdəliyi, daha doğrusu, mətnin işlənib hazırlanması və onun işlənib hazırlanması müddətini bir daha qeyd etmək istərdim. Konkret olaraq, bu öhdəlik o deməkdir ki, Konstitusiyanın yeni mətni mart ayına qədər hazır olmalıdır. Bu gün biz prokurorluq və istintaq orqanları ilə bağlı müddəaları müzakirə edəcəyik”, - Qalyan deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR