İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni revanşist yenə sərsəmlədi 

Ermənistan müxalifətinin radikal qanadının nümayəndələrindən biri, “Ermənistan” blokunun deputatı və “Daşnaksütyun”un rəhbər şəxslərindən İşxan Saqatelyan yenidən Azərbaycan əleyhinə yenə sərsəm fikirlərlə çıxış edib.

Musavat.com xəbər verir ki, Saqatelyan sentyabrın 22-də keçirdiyi brifinqdə bu dəfə Xudavəng və Gəncəsər monastırları ətrafında yaranmış mübahisədən danışıb.

Bundan əvvəl Azərbaycan tərəfi Xudavəngdə Ermənistanın nəzarəti dövründə aparılmış “bərpa işləri” zamanı kompleksin tarixi görünüşünə müdaxilə edildiyini, bəzi freska və xaçdaşların ərazidən çıxarıldığını açıqlayıb. Azərbaycan Dövlət Xidmətinin məlumatına görə, aparıldığı bildirilən mədəniyyət nümunələri barədə məlumat İnterpolun oğurlanmış sənət əsərləri bazasına da daxil edilib.

Saqatelyan isə Bakının bu mövqeyini Ermənistan hakimiyyətinin xarici siyasətinin nəticəsi kimi təqdim etməyə çalışıb. Onun iddiasına görə, Nikol Paşinyanın yürütdüyü siyasət Ermənistanı beynəlxalq müstəvidə “qurban” mövqeyindən çıxarıb “təcavüzkar” kimi təqdim edilməsinə şərait yaradır.

Daşnak deputat daha sonra Azərbaycanın Gəncəsər və Xudavənglə bağlı tarixi mövqeyini də hədəfə alıb. O, həyasızlıqla bu abidələrin Qafqaz Albaniyasının xristian irsi saymadığını söyləyib.

Azərbaycan tərəfinin mövqeyi isə fərqlidir. Sentyabrın 12-də Gəncəsər və Xudavəngə səfər edən xarici diplomatlara hər iki kompleks Qafqaz Albaniyasının xristian irsinin nümunələri kimi təqdim edilib, eyni zamanda Ermənistanın nəzarəti dövründə abidələrdə dəyişikliklər və müdaxilələr edildiyi bildirilib.

Saqatelyan çıxışının əsas siyasi hədəfini isə yenə Paşinyan hakimiyyətinə yönəldib. Onun fikrincə, İrəvanın Azərbaycanın açıqlamalarına kifayət qədər sərt cavab verməməsi Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə zərər vurur.

Maraqlıdır ki, Paşinyan özü də bir neçə gün əvvəl Azərbaycan rəsmilərinin Gəncəsərlə bağlı mövqeyini “qəbuledilməz” adlandırıb, lakin bununla yanaşı, Bakı ilə sülhün qorunmasının vacibliyini xüsusi vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR