Onlayn ictimai-siyasi qəzet
Belarus rəhbərliyi üzr istənilməsini tələb etmək əvəzinə kartof yetişdirməklə məşğul olmalıdır.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.
Parlamentdə keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandıran spiker rəsmi Minskə qarşı kəskin ifadələr işlədib:
"Nəyə görə peşman olmalıyam, başa düşmürəm. Ermənistan əyalətə çevrilməyəcək, siyasi asılılığa düşməyəcək. Ölkəmiz öz suverenliyini yüksəldəcək və Belarusun nümunəsi bizim üçün qəbuledilməzdir. Hesab edirəm ki, Belarus mövzusu bir qədər süni şəkildə şişirdilib və bunu daha çox siz edirsiniz".
Simonyanın sözlərinə görə, hər bir ölkə öz siyasi kursunu müstəqil şəkildə seçir və Ermənistan hakimiyyəti "demokratiya yolunu" seçib.
Bununla yanaşı, parlament sədri Belarus rəhbərliyini tənqid edərək onlara "daha çox kartof yetişdirmə prosesi haqqında" düşünməyi tövsiyə edib.
Musavat.com

04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ