Onlayn ictimai-siyasi qəzet
Ermənistan ordusunda baş verən intihar və ölüm hallarının fonunda müdafiə nazirinin istefası məsələsi gündəmə gəlib.
Musavat.com xəbər verir ki, Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan sentyabrın 1-də Antikorrupsiya Məhkəməsinin qarşısında jurnalistlərə açıqlamasında müdafiə nazirinin istefasına ictimai tələbin olduğunu iddia edib.
Tonoyan xatırladıb ki, onun nazir olduğu dövrdə də orduda baş verən ağır hadisələrdən sonra vəzifəli şəxslərin istefaları olub.
“Vaxtilə belə hadisələrdən sonra istefalar baş verirdi. 2019-cu ilin sonu və ya 2020-ci ilin əvvəlində Hərbi Polisin rəisi, eləcə də ayrı-ayrı hərbi hissələrə xidmət edən yerli polis rəhbərləri vəzifələrindən azad edilmişdilər”, – deyə keçmiş nazir bildirib.
Bununla belə, Tonoyan orduda intihar halları ilə bağlı məsələyə ehtiyatla yanaşmağın tərəfdarı olduğunu deyib. Onun fikrincə, belə problemlərin həlli yalnız istefalarla məhdudlaşmamalı, səbəblərin aradan qaldırılması istiqamətində daha ciddi iş aparılmalıdır.
Keçmiş nazir bununla yanaşı, cəmiyyətdə belə bir tələbin mövcudluğunu iddia edib:“İctimai tələb var. Amma ictimai tələbi başqalarının fəaliyyəti və ya başqa dövrlərin statistikası ilə müqayisə etmək lazım deyil”.
Tonoyan özünün müdafiə naziri olduğu dövrdə də istefasının bir neçə dəfə ictimai müzakirəyə çıxarıldığını, etiraz aksiyalarının keçirildiyini xatırladaraq, nəticədə nazirin vəzifədən gedib-getməməsinin siyasi qərar olduğunu söyləyib.
Musavat.com
02 Sentyabr 2026
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ