Onlayn ictimai-siyasi qəzet
Ermənistan hakimiyyəti Rusiya ilə münasibətlərdə yeni və həssas xətt çəkdiyini açıq şəkildə nümayiş etdirib.
Musavat.com xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan Moskvanın qaz qiymətlərini artıracağı təqdirdə ölkənin regional ittifaqlardan çıxa biləcəyini bəyan edib.
Onun sözlərinə görə, İrəvan bu məsələdə konkret mövqe sərgiləyir və iqtisadi təzyiqləri qəbul etməyə hazır deyil:
“Mən demişəm və yenə deyirəm: biz Rusiyaya qarşı heç nə etməmişik, etmirik və etməyəcəyik. Amma eyni zamanda Ermənistanın maraqlarını qorumuşuq və qoruyacağıq”.
Simonyan xüsusilə vurğulayıb ki, qaz qiymətlərinin artırılması Ermənistan üçün strateji təhlükə yarada bilər və bu halda ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqı kimi qurumlarla münasibətlərini yenidən nəzərdən keçirə bilər.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ