İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan zülmətə qərq olub

“Elektrik şəbəkələri" müəssisəsi Ermənistanın bir sıra bölgələrində qəza səbəbindən elektrik enerjisinin kəsildiyini bildirib.

Musavat.com erməni mediasına istinadla xəbər verir ki, Ərazi İdarəçiliyi və İnfrastruktur Nazirliyinin idarəçiliyində olan elektrik enerjisi istehsalı və ötürülməsi infrastrukturundakı nasazlıq səbəbindən Şirak, Lori, Tavuş, Araqatsotn və Ararat bölgələrinin müxtəlif şəhər və kəndlərinin sakinləri elektrik enerjisindən məhrum qalıb.

Hazırda nazirliyin əməkdaşları elektrik təchizatını bərpa etmək üçün təmir işləri aparırlar.

“Elektrik şəbəkələri” yaranmış narahatlığa görə abonentlərdən üzr istəyib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Avqust 2026

05 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR