Onlayn ictimai-siyasi qəzet
Suriya prezidenti Əhməd əl-Şaraa Böyük Britaniyaya səfəri çərçivəsində III Çarlz ilə görüşüb.
Musavat.com xəbər verir ki, London şəhərində, Bukingem sarayında baş tutan rəsmi görüşdə əsas müzakirə mövzusu iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi olub.
Görüş zamanı Britaniya kralı Suriya xalqına dəstəyini ifadə edib və ölkənin bərpası istiqamətində görülən işləri yüksək qiymətləndirib.
Tərəflər həmçinin dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi və müxtəlif sahələrdə tərəfdaşlığın inkişaf etdirilməsi niyyətini təsdiqləyiblər.
Musavat.com
17 Iyul 2026
16 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ