İnsanlara hürriyət, millətlərə istiqlal!

Fatih Terimin qızının BU ADDIMI gündəm oldu - VİDEO

Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Terimin qızı Merve Terim etdiyi hərəkətlə sosial şəbəkələrdə rəğbət qazanıb.

Musavat.com xəbər verir ki, hadisə gecə saatlarında çimərlikdə baş verib.

Şam yeməyi zamanı yaxınlıqda oynayan kiçik uşağın topu dənizə düşüb. Topunun suya düşdüyünü görən uşaq göz yaşlarını saxlaya bilməyib.

Uşağın ağladığını görən Merve Terim isə tərəddüd etmədən hərəkətə keçib. O, üzərindəki paltarları çıxarmadan dənizə girərək topu sudan çıxarıb və balaca sahibinə qaytarıb.

Ətrafdakıların alqışına səbəb olan həmin anları Merve Terim sosial media hesabında da paylaşıb.

Merve Terimin bu davranışı sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb. İzləyicilər onun uşağın sevincini hər şeydən üstün tutmasını təqdir edərək çoxsaylı müsbət şərhlər yazıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR