İnsanlara hürriyət, millətlərə istiqlal!

Fədayə Laçının rus dilində danışığı gündəm oldu - VİDEO

Müğənni Fədayə Laçın bu dəfə canlı yayım zamanı rus dilində danışığı ilə diqqət mərkəzinə düşüb.

Sənətçi mobil telefonunda istifadə etdiyi tətbiqlə bağlı yaranan texniki problemlə qarşılaşdığını bildirərək, canlı yayım zamanı izləyicilərindən kömək istəyib.

Canlı yayım zamanı Fədayə Laçının rus dilində danışarkən istifadə etdiyi ləhcə və aksent sosial şəbəkələrdə maraq doğurub. Sözügedən görüntülər qısa müddətdə geniş yayılaraq istifadəçilər arasında müxtəlif reaksiyalara səbəb olub.

Bəzi izləyicilər müğənninin səmimi davranışını bəyəndiklərini qeyd ediblər. Digərləri isə onun rus dilində danışıq tərzini müzakirə edərək müxtəlif fikirlər səsləndiriblər.

Qısa zamanda viral olan video sosial şəbəkələrdə çoxsaylı baxış, bəyənmə və şərh toplayaraq gündəm mövzularından birinə çevrilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2026

18 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR