Onlayn ictimai-siyasi qəzet
İstanbul Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan narkotiklərlə bağlı araşdırma davam edir.
Musavat.com xəbər verir ki, istintaq çərçivəsində müayinədən keçirilən “Fənərbağça” klubunun prezidenti Sadettin Saranın saç nümunəsində aparılan ekspertiza zamanı kokain maddəsinə rast gəlinib.
Məlumata əsasən, Saranın eyni vaxtda götürülən qan, sidik və dırnaq nümunələrində isə hər hansı narkotik maddə aşkarlanmayıb.
Hazırlanan ekspertiza rəyi İstanbul Baş Prokurorluğuna göndərilib. Bildirilir ki, araşdırma davam edir və nəticələr əsasında hüquqi qiymətləndirmə aparılacaq.
Qeyd edək ki, Sadettin Saranla bağlı məsələ üzrə yekun qərar istintaq və məhkəmə proseslərindən sonra açıqlanacaq.

Şahanə Rəhimli
Musavat.com
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ