İnsanlara hürriyət, millətlərə istiqlal!

Fidan Netanyahuya meydan oxudu

Türkiyənin xarici işlər naziri Qəzza ilə bağlı proseslər və Ankaranın regional mövqeyi barədə sərt açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrail rəhbərliyinin Türkiyənin addımlarına qarşı ardıcıl etirazlarını şərh edib.

Nazir bildirib ki, İsrailin baş naziri Benjamin Netanyahu Türkiyənin beynəlxalq platformalardakı roluna və Qəzza ilə bağlı təşəbbüslərinə daim qarşı çıxır: “Netanyahu prezidentimizin Sülh Şurasının üzvü olmasına qarşı idi, eyni zamanda mənim Qəzzanın İcra Şurasının üzvü olmağıma da etiraz edib. O həmişə etiraz edir və bunu davam etdirəcək”.

Hakan Fidan vurğulayıb ki, bu mövqe Ankaranın siyasətinə təsir göstərməyəcək: “Biz öz mübarizəmizi davam etdirəcəyik və bunun bizi hara aparacağını zaman göstərəcək”.

Nazirin sözlərinə görə, Türkiyə Qəzza məsələsində və ümumilikdə Yaxın Şərqdə müstəqil siyasi xəttini qorumaqda qərarlıdır və xarici təzyiqlərə baxmayaraq geri addım atmaq niyyətində deyil.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR