İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə XİN husilərin Məkkəyə PUA hücumunu pislədi

Musavat.com xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi Yəməndəki husilər tərəfindən Səudiyyə Ərəbistanının müqəddəs Məkkə şəhərini hədəf alan pilotsuz uçuş aparatı (PUA) hücumunu kəskin şəkildə pisləyib.

Rəsmi Ankaranın mövzu ilə bağlı yaydığı bəyanatda bu cür hücumların müqəddəs məkanların toxunulmazlığını pozmaqla yanaşı, yaxın şərqdəki həssas təhlükəsizlik mühitinə də vurulan ağır zərbə olduğu vurğulanıb. Nazirlikdən bildirilib ki, regional sabitliyi və təhlükəsizliyi təhdid edən bu kimi hücumlar dərhal sona çatdırılmalı və bölgədə gərginliyi daha da artırmağa yönəlmiş hər növ əməldən qətiyyətlə çəkinilməlidir.

Türkiyə tərəfi müqəddəs torpaqlara qarşı törədilən hər hansı təxribatın qəbuledilməz olduğunu qeyd edərək, Səudiyyə Ərəbistanı Krallığı ilə həmrəylik içində olduğunu bir daha nümayiş etdirib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR