İnsanlara hürriyət, millətlərə istiqlal!

Fizika üzrə Nobel mükafatı kosmik neytrinoların kəşfinə görə verildi

2026-cı il Fizika üzrə Nobel mükafatı Frensis Halzenə "IceCube Neytrino rəsədxanasına verdiyi həlledici töhfəyə və astrofizik mənşəli yüksək enerjili neytrinoların kəşfinə verdiyi töhfəyə görə" verilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Nobel Komitəsinin veb saytında elan edilib.

"Frensis Halzen Cənub qütbündəki buzun neytrino kimi tanınan hissəcikləri izləmək üçün istifadə edilə biləcəyini anladı. Onun vizyonu və elmi liderliyi işıq detektorları ilə təchiz olunmuş kub kilometrlik buz olan IceCube Neytrino rəsədxanasının yaradılmasında fundamental rol oynayıb. "IceCube ilə tədqiqatçılar uzaq kainatda son dərəcə yüksək enerjili proseslər nəticəsində yaranan neytrinoları aşkar edə bilərlər", - deyə bəyanatda bildirilir.

2025-ci il Fizika üzrə Nobel mükafatı Amerika alimləri Con Klark, Mişel Devor və Con Martinisə "elektrik dövrəsində makroskopik kvant-mexaniki tunelləmə və enerji kvantlaşdırmasını kəşf etdiklərinə görə" verilib.

"Nobel həftəsi" 6 oktyabrda Fiziologiya və ya Tibb üzrə Nobel mükafatı laureatları - Karl Deysserof Peter Hegeman və Corc Nagelin optogenetikanın ixtirasına görə elan edilməsi ilə başlayıb.

Kimya üzrə Nobel mükafatı 7 oktyabrda, Ədəbiyyat üzrə Nobel mükafatı 8 oktyabrda və Sülh mükafatı 9 oktyabrda elan ediləcək. İsveç Bankı tərəfindən 1969-cu ildə təsis edilmiş Alfred Nobelin xatirəsinə iqtisadi elmlər üzrə mükafat 12 oktyabrda təqdim ediləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR